Logo

Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyaya hazırlaşır

Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyaya hazırlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanın "Vahid Milli Hərəkat” müxalif partiyası həbsdə olan sabiq prezident Mixail Saakaşviliyə dəstək məqsədilə və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya keçirəcək.

Sfera.az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə partiyanın üzvü Levan Xabeişvili partiyanın Siyasi Şurasının iclasından sonra deyib.

"Yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya olacaq. Ölkə daxilində vətəndaşlarımızı iki əsas tələb ətrafında səfərbər etməyə başlayırıq: Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar seçkilərin keçirilməsi. Biz ikinci turda qələbə uğrunda mübarizə aparacağıq”, - deyə Xabieşvili bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR