Kanadada təyyarə qəzası olub, ölən və xəsarət alan var
Kateqoriya məlum deyil
Kanadada təyyarə qəzaya uğrayıb.
Sfera.az-ın məlumatına görə, bu barədə yerli "CTV News” telekanalı xəbər verib.
Qeyd edilir ki, hadisə Monrealda qeydə alınıb. "Cessna 172” təyyarəsi musiqi festivalının keçirldiyi ərazinin yaxınlığında yerə düşüb. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər xəsarət alıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.






