Logo

Nasist canisi Kanadada vəfat etdi

Nasist canisi Kanadada vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.

Sfera.az yerli KİV-ə istinadən xəbər verir ki, vəkili Miqrasiya və Qaçqınlar İdarəsinə Oberlanderin Kanadada qalması, yaxud Almaniyaya göndərilməsinə dair dinləmənin təxirə salınması üçün müraciət etmişdi.

İkinci Dünya Müharibəsi dövründə Oberlander 1941-1943-cü illərdə əksəriyyəti yəhudilərdən ibarət iki milyondan artıq insanın ölümünə görə məsuliyyət daşıyan "Ek 10a" təşkilatında tərcüməçi işləyib.

Əslən Ukraynadan olan Oberlander ölüm hədə-qorxusu altında əsgər aparıldığını, özünün hər hansı qətllərdə əli olmadığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR