Logo

Rusiya aviaşirkətlərinin Bakıya yeni reysləri üçün icazə alındı

Rusiya aviaşirkətlərinin Bakıya yeni reysləri üçün icazə alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib.

Sfera.az-ın agentliyə istinadla məlumatına görə, "Sibir" aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Bununla yanaşı "Red Wings Airlines" həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək.

Eyni zamanda, "Nordwind Airlines" və "İkar" aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR