Logo

BMT rəhbəri Türkiyəyə təşəkkür etdi

BMT rəhbəri Türkiyəyə təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Nyu-Yorkda Türk Evinin açılışı olub.

Sfera.az xəbər verir ki, mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Qutyerreş də qatılıb.

Ərdoğan Türk Evini ölkənin artan gücünün və nüfuzunun rəmzi adlandırıb. O, həmçinin, yeni tikilinin Türkiyə xalqının sülhə olan inamını ifadə etdiyini bildirib.

Qutyerreş isə çıxışında Türkiyənin müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu bəyan edib. Təşkilat rəhbəri BMT-nin layihələrinə, xüsusən də qaçqınların yerləşdirilməsilə bağlı proqramlarda fəal iştirakına görə qardaş ölkəyə təşəkkür edib.

Qeyd edək ki, BMT-nin Baş qərargahı ilə üzbəüz olan binanın təməli dörd il öncə atılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR