Netanyahu görüşdə yuxuya gedən Baydeni ələ saldı - FOTO
İsrailin keçmiş baş naziri Benyamin Netanyahu son paylaşımı ilə səs-küy yaradıb.
Sfera.az bildirir ki, sabiq nazir sosial şəbəkə hesabında ABŞ prezidenti Co Baydenlə İsrail Baş naziri Naftali Bennettin Ağ Evdəki görüşündən görüntü paylaşıb.
"Baydenin görüşdə çox diqqətli olduğunu gördüm”, - deyə fotoya başlıq əlavə edən Netanyahunun bu addımı yerli mətbuatda müxtəlif iddiaların səsələnməsinə səbəb olub. Belə ki, bəzi media qurumları sabiq nazirin son paylaşımı ilə ABŞ prezidentinin görüşdə yuxuya getməsinə işarə etdiyinə diqqət çəkib.
Benyaminin başçılıq etdiyi Likud partiyası məsələ ilə əlaqəli açıqlama yayıb:
"Mətbuatda yayılan təhrif olunmuş şəklin əksinə olaraq, keçmiş baş nazir Netanyahu 40 ildir İsrailin dostu kimi tanıdığı və əziz tutduğu prezident Co Baydeni tənqid etməyib. Onun tənqidi yalnız Ağ Evə səfəri zamanı hər şey haqqında uzun-uzadı danışan Naftali Bennetə yönəlmişdi”.
İsrail mətbuatı Baydenin görüş zamanı yuxuya getməsi ilə bağlı görüntülərin montaj olduğunu yazmışdı.
Günay Rəsulqızı
Sfera.az






