Logo

Bu ölkədə məhdudiyyətlərə etiraz edən 260 nəfər saxlanıldı - VİDEO

Bu ölkədə məhdudiyyətlərə etiraz edən 260 nəfər saxlanıldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstraliya polisi ölkənin iri şəhərlərində etiraz aksiyaları zamanı 260-dan çox etirazçını saxlayıb.

Sfera.az xəbər verir ki,  Sidney və Melburn şəhərlərində koronavirusla bağlı məhdudiyyətlər və vaksinasiyaya etiraz edən vətəndaşlar küçələrə axışıb. Bildirilir ki, etiraz aksiyalarının qarşısını almaq üçün 1700-dən çox polis və Xüsusi Təyinatlı Xidmətlərin əməkdaşları aksiya keçirilən ərazilərə cəlb olunublar.

Həmçinin qeyd olunur ki, Melburndakı etiraz aksiyasında yüzlərlə insan iştirak edib və aksiya polislərlə iştirakçılar arasında sərt qarşıdurma ilə başa çatıb.

Ümumi həbslərin 235-i məhz Melburnun payına düşüb. Bununla yanaşı, daha 193 nəfər isə ictimai asayişi və sanitar qaydaları pozduğundan cərimə olunublar.

Həmçinin bildirilir ki, Melburn şəhərində qarşıdurma zamanı 10 polis xəsarət alıb. Onların 6-sı xəstəxanaya yerləşdirilib.

Qafqazinfo.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR