Logo

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstraliyanın ABŞ-la 56 milyard avroluq sualtı gəmi müqaviləsini ləğv etməsindən sonra Fransa Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırıb.

Sfera.az xəbər verir ki, Fransa xarici işlər nazirliyi səfirlərin məsləhətləşmələr üçün dərhal geri çağırıldığını açıqlayıb.

Fransa XİN başçısı Cin-Yves Le Drian bildirib ki, səfirlər ölkə prezidenti Emmanuel Makronun tələbi ilə geri çağırılıblar. O bu qərarın sentyabrın 15-də Avstraliya və ABŞ tərəfindən atılan addımların müstəsna ciddiliyinə əsaslandığını deyib.

Qeyd edək ki, Avstraliya bundan əvvəl Fransa ilə bağlanılmış 56 milyard avroluq eyni tipli müqaviləni ləğv etmişdi.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR