"Doing Business" hesabatlarında Azərbaycanla bağlı məlumatları kim saxtalaşdırdı?

Dünya Bankı 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktlarının üzə çıxdığı "Doing Business" reytinqinin nəşrini dayandırıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.

Sfera.az xəbər verir ki, bu barədə "Doing Business"in son beş illik hesabatlarının qiymətləndirilməsi zamanı məlum olub.

Məlumatların saxtalaşdırılması ilə əlaqədar Dünya Bankı kənardan auditor şirkəti (WilmerHale) cəlb edib və son beş ilin qiymətləndirilməsi aparılıb. Nəticədə 2017 və 2019-cu illərdə nəşr olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı pozuntular aşkar edilib. Məlumatlardakı dəyişikliklər "Doing Business"in metodologiyasına uyğun olmayıb. Qeyd olunur ki, reytinqdə dəyişikliklər Dünya Bankının sabiq rəhbəri Cim Yon Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva və reytinqin təsisçilərindən biri, Azərbaycana qarşı qərəzli münasibətdə xüsusilı mənfi rol oynamış Simeon Dyankovun təzyiqi altında edilib.

Eyni zamanda məlum olub ki, 2018-ci il üzrə "Doing Business" reytinqinin hazırlanması zamanı Dünya Bankının o zamankı baş direktoru Kristalina Georgiyeva Çinlə bağlı istifadə olunan məlumatlarda konkret dəyişikliklərin edilməsi üçün tərtibatçılara təzyiq göstərib.

Qiymətləndirmə işləri göstərib ki, əgər 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı.
 
Trend.az
 

OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...