Logo

Putindən “Taliban”a dəstək: “Birlikdə işləməliyik”

Putindən “Taliban”a dəstək: “Birlikdə işləməliyik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının video-konfrans vasitəsilə qatıldığı iclasında çıxış edib.

Sfera.az xəbər verir ki, Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstanla bağlı konfransını dəstəklədiyini bildirən Vladimir Putin Talibanla işləməyin lazım olduğunu vurğulayıb.

Putin həmçinin çıxışında ABŞ-ın ünvanına da sərt sözlər söyləyib.

O, ABŞ -ın Əfqanıstandan çəkilərkən "Pandora” silah-sursat qutularını geridə qoyduğunu bildirib. Putin ABŞ-a məxsus müasir və geniş silahl arsenalının hazırda Talibanın nəzarətində olduğunu diqqətə çatdıraraq bunu tənqid edib.

Digər tərəfdən Çin prezidenti Si Tszinpin Əfqanıstanla əməkdaşlıq edilə biləcəyinə söykəyib. O bildirib ki, Əfqanıstan terrorçuluğu kökündən kəsməlidir:

"Əfqanıstan daha açıq və əhatəli şəkildə idarə olunmalı, ölkə həm daxili, həm də xarici siyasətdə daha mülayim mövqe tutmalıdır”.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR