Əfqan şagirdlərdən "Taliban"a etiraz: "Məktəbləri açın"

Əfqan şagirdlərdən
Əfqanıstanda öz gələcəklərindən narahat olan məktəblilər müvəqqəti hökuməti orta məktəbləri açmağa çağırıblar.

Sfera.az xəbər verir ki, bu barədə şagirdlər narahatlıqlarını "TOLOnews”a bildiriblər.

Qeyd edilib ki, hakimiyyət çevrilişindən bir ay keçməsinə baxmayaraq, ölkədə orta məktəblər (7-ci sinifdən yuxarı) hələ də bağlıdır.

Müvəqqəti hökumət orta məktəblərin tezliklə açılacağını vəd etsə də, sonradan verilən vədə əməl olunmayıb.

Hazırda Əfqanıstanda ibtidai məktəblər fəaliyyət göstərir.

Bildirilib ki, əvvəllər şagirdlər COVID-19-a görə məktəbə getmirdilər. İndi isə "Taliban” yeni siyasi-ideoloji baxışlarına uyğun tədris proqramı formalaşdıranadək məktəbləri bağlayıb.

Əfqanıstan Təhsli Nazirliyinin keçmiş müşaviri Pərviz Xəlilinin sözlərinə görə, hazırda 9 milyon şagirdin 70 faizi məktəbə getmir.
Müvəqqəti hökumətin mədəniyyət komissiyasının üzvü Səid Hosti deyib ki, orta məktəblərin fəaliyyəti tezliklə bərpa ediləcək: "Yeddinci və yuxarı siniflərin açılması istiqamətində işlə görülür. Orta məktəblər tezliklə açılacaq”.
 

OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...