Şahmat üzrə dünya çempionu “Netflix”dən 5 milyon təzminat tələb etdi

Şahmat üzrə dünya çempionu “Netflix”dən 5 milyon təzminat tələb etdi
Şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvili "Netflix” onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində iddia qaldırıb.

Sfera.az "Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, 80 yaşlı şahmatçı şirkəti "Kraliçanın gedişi” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edib.
Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun deyil.

Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

N.Qaprindaşvili "Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.

Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O, karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib.
 

OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...