Bu ölkədə pandemiya bitdi, qadağalar yığışdırıldı
Kateqoriya məlum deyil
Mart ayında peyvənd pasportu tətbiqinə başlayan
Danimarka, bu gündən etibarən bütün məhdudiyyətləri götürəcəyini açıqlayıb.
Əzizə Zeynal
Sfera.az
Sfera.az xəbər verir ki, Avropa Birliyi (AB) ölkələri arasında bütün məhdudiyyətləri aradan qaldıran ilk ölkə olan Danimarkada restoranlara, idman mərkəzlərinə və ya gecə klublarına giriş üçün peyvənd pasportu istənilməyəcək.
Ölkədə yalnız koronavirus testi müsbət çıxanların karantinə alınacağı bildirilib. Danimarkada 5,8 milyon əhalinin 73 faizi vaksin olunub. Bundan əlavə, 65 yaşdan yuxarı vətəndaşlar üçün peyvəndləmə faizi yüzdə 96-dır. Üçüncü peyvənd dozası isə risk qrupundakı insanlara təqdim edilib.Əzizə Zeynal
Sfera.az






