“Çin yumşaq gücdən necə istifadə edir?” - Elxan Şahinoğlu

Dünya
10:59 / 10.09.2021
870
"Qərb ölkələri Əfqanıstanın gələcək
taleyini müzakirə edərkən Rusiya və Çinlə də məsləhətləşmələrə ehtiyac duyur.
Çünki Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Rusiya və Çin "Taliban”la
təmasları genişləndirib, bu qruplaşmanı Qərbə qarşı aqressivləşdirə
bilərlər".
Sfera.az bildirir ki, bunu "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, Kremlin "Taliban”la
təmaslarına baxmayaraq Rusiya hakimiyyəti keçmiş SSRİ-nin səhvini təkrarlamaq
istəmir:
"SSRİ Əfqanıstanda məğlub oldu. Moskva
Əfqanıstandakı prosesləri diqqətlə izləyəcək, ancaq proseslərə siyasi və
iqtisadi alətlərini qatmayacaq. Əsas oyunçu Çindir. Qərbi ən çox narahat edən
budur. Narahat olan ölkələr arasında Hindistan da var. Çünki Dehlinin
Əfqanıstanın sivil hakimiyyətləri ilə əlaqəsi var idi, Talibanı isə təhlükəli
qruplaşma kimi qiymətləndirir. Dehlidə şübhələnirlər ki, Pekin Talibandan
Hindistana qarşı istifadə edə bilər.
Hindistanda fəaliyyət göstərən araşdırma
mərkəzlərindən biri "Çin izlərinin xəritələndirilməsi və Hindistanda təsir
əməliyyatları” adlı 76 səhifəlik geniş hesabat hazırlayıb. Bu hesabatda Çinin
qonşu ölkələrə qarşı tətbiq etdiyi sərt və yumşaq gücdən istifadə metodları
araşdırılıb.
Politoloq qeyd edib ki, hesabatda Çinin Şərqi
Türküstan siyasəti də araşdırılıb:
"Hesabatda yazılıb ki, vaxtilə çinlilər
Şərqi Türküstana gəldikdə nəzakətli idilər, ancaq hazırda uyğurlar əmək
düşərgələrində "tərbiyələndirilirlər”, yəni Çin bölgəyə əvvəlcə xoş niyyətlə gəldiyini
elan edir, ancaq bir müddət keçdikdən sonra sərtləşərək hədəflərinə çatmağa
çalışır. Hesabatda vurğulanıb ki, eyni siyasəti Tayvana münasibətdə müşahidə
etmək olar. Çin keçmiş illərdə Tavyan məsələsində dialoqa üstünlük verdiyini
göstərirdi, hazırda isə adanı Çinə birləşdirmək üçün bölgədə hərbi gücünü
artırır. Çin son illər Afrika ölkələrində fəallaşıb, investisiyalarını artırıb,
şirkətləri müxtəlif quruculuq və istehsal sahələrinə cəlb olunublar. Hesabat
müəllifləri əmindirlər ki, Çinin Afrikadakı siyasətinin növbəti mərhələsi
şərtlərinin sərtləşəcəyi ilə müşahidə olunacaq. Çinin qonşu Monqolustanda da
oxşar siyasəti var. Çindən kasıb Monqolustana əvvəlcə investisiyalar yatırıldı,
daha sonra şərtlər ağırlaşdırıldı. Çindən Monqolustana köçənlərin sayı artıb.
E.Şahinoğlu qeyd edib ki, Çin hakimiyyətinin
qorxusu aydındır:
Turan Rzayev