Logo

Çin Əfqanıstana 31 milyon dollar yardım göstərəcək

Çin Əfqanıstana 31 milyon dollar yardım göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin xarici işlər naziri Van Yi ölkəsinin Əfqanıstana 31 milyon dollarlıq qida, COVID-19 əleyhinə peyvənd və dərman yardımı göstərəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Pakistan, İran, Tacikistan, Özbəkistan və Türkmənistandan olan həmkarları ilə görüşən çinli nazir bu ölkələrdən Əfqanıstanla əməkdaşlıq etmələrini istəyib.

Qeyd edək ki, Çin avqustun 15-də Əfqanıstanın paytaxtı Kabili ələ keçirən və 20 il sonra ölkəyə nəzarəti bərpa edən Taliban qruplaşması ilə uzun müddət əvvəl münasibətlərini qurub.

İyul ayında Taliban nümayəndə heyəti Pekində qəbul edilib.

Çin səlahiyyətliləri Taliban heyətinə iqtisadi yardım vəd etsələr də, Əfqanıstanın terror təşkilatları üçün baza olaraq istifadə edilməsi ilə bağlı da şərt qoyublar.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR