Gürcüstanda banka basqın: girov götürülənlər var - Video
Kateqoriya məlum deyil
Gürcüstanın Kvareli şəhərində "Gürcüstan bankı”nın filialına silahlı basqın olub. Bu barədə yerli KİV-lər məlumat verib. Bankda bir neçə əməkdaş və müştərinin olduğu bildirilir.
Basqınçıda əl qumbarasının olması barədə məlumatlar yayılıb. Filialda olan şəxslərin girov götürüldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.






