İranda Covıd-19-dan 505 yeni ölüm

Dünya
15:12 / 09.09.2021
714
İranda son gündə koronavirusdan 505 nəfər ölüb.
Sfera.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 112.935 nəfərə yüksəlib.
Eyni zamanda, İslam Respublikasında son gündə 26.821 yeni yoluxma qeydə alınıb.
Pandemiya başlayandan bəri Covid-19 xəstələrinin ümumi sayı 5 milyon 237 min 799 nəfərə çatıb.
İndiyədək 4.481.814 xəstə sağalıb.