Pentaqon rəhbəri Səudiyyə Ərəbistanına səfərini təxirə saldı

Dünya
09:26 / 09.09.2021
1048
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanına səfərini qeyri-müəyyən müddətə təxirə salıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS-a Pentaqonun mətbuat xidmətindən bildirilib.
"Nazirin Səudiyyə Ərəbistanına səfəri iş qrafiki ilə bağlı problemlər üzündən təxirə salınıb. O, ilk fürsətdə (Səudiyyə Ərəbistanına səfər müddətini) yenidən nəzərdən keçirəcəyinə ümid edir”, - məlumatda deyilir.
Ötən həftə Ostin regiondakı tərəfdaşlarla Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərqə yollanıb. O, Qətər, Bəhreyn və Küveytə səfər edib, daha sonra isə Səudiyyə Ərəbistanına yollanmalı idi.