Putin Şarl Mişellə Qarabağı müzakirə etdi
Kateqoriya məlum deyil
Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Sfera.az-ın məlumatına görə, bu barədə Ş.Mişel "Twitter" səhifəsində yazıb.
Tərəflər regionda sülhün qorunması üçün etimadın və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıblar.






