"Apple"ın direktorundan Türkiyəyə türkcə dəstək - FOTO
Kateqoriya məlum deyil
Ötən gecə İstanbul Atatürk hava limanında İŞID qruplaşması tərəfindən terror törədilib.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, terror sosial şəbəkədə şiddətlə qınanılıb. Terroru lənətləyənlər arasında "Apple" şirkətinin baş direktoru Tim Kuk da olub. O, şəxsi twitter hesabında türk dilində status yazaraq məyus olduğunu bildirib.

Onun tviti qısa zamanda 11 min dəfə bəyənilib və 6 min dəfə "retweet" olunub.






