Atatürk hava limanında ard-arda partlayışlar - VİDEO
00:34 / 29.06.2016
7290
10 nəfər həlak olub, 40-dan çox yaralı var
İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.
APA-nın xəbərinə görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Hadisənin terror aktı olduğu bildirilir.
Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.