Logo

Rusiyalı həmsədr Yerevana gedəcək

Rusiyalı həmsədr Yerevana gedəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ATƏT-in Minsk qrupunun yeni rusiyalı həmsədri İqor Xovayev yaxın zamanda Ermənistana səfər edəcək.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi birifinqdə deyib.

"Hazırda ATƏT-in Minsq qrupunun yeni rusiyalı həmsədri İqor Xovayev regional səfərdədir. Artıq Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb və oxşar təmaslar Yerevanda da gözlənilir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması üzrə işinin mövcud mandat əsasında intensivləşdirilməsini dəstəkləyir:

"Həmsədrlər Bakı ilə Yerevan arasında etimad səviyyəsinin artmasına, eləcə də siyasi mövzuların müzakirəsinə keçid kimi xidmət edəcək humanitar məsələlərin həllinə töhfə verə bilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR