Logo

Qazaxıstanda partlayışda ölən hərbçilərin sayı 9-a yüksəldi

Qazaxıstanda partlayışda ölən hərbçilərin sayı 9-a yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Jambıl vilayətində partlayış nəticəsində 4 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev açıqlama verib.

Onun sözlərinə görə, hərbi hissələrin birinin anbarında baş verən yanğının nəticələrinin aradan qaldırılması zamanı 4 hərbçi ölüb.

Qeyd edək ki, dünən axşam saatlarında Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrin birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib. İlkin məlumatlara görə, anbarda azı 6 partlayış olub. Vilayət administrasiyası insident zamanı 66 nəfərin yaralandığını açıqlayıb.

***

Qazaxıstanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, partlayış və yanğının nəticələrinin aradan qaldırılması zamanı həlak olan hərbçilərin sayı 5-ə çatıb.

***

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev ölkənin hərbi hissələrinin birində baş verən partlayışla bağlı istefa verməyə hazır olduğunu elan edib.

***

Ölkənin Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olanların sayı 9-a yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR