“Taliban” nümayəndəsi qadınlarla bağlı qadağadan danışdı

“Taliban” nümayəndəsi qadınlarla bağlı qadağadan danışdı
"”Taliban” döyüşçüləri zamanla ayaqlaşmağa hazırdır: qadınlara evdən təkbaşına çıxmağa icazə veriləcək, ancaq musiqi qadağan olunacaq”.

Sfera.az xəbər verir ki, bunu "The New York Times”a müsahibəsində hərəkatın nümayəndəsi Zabihulla Mücahid deyib.

"Musiqi islamda qadağandır. İnanırıq ki, insanlara təzyiq göstərmək əvəzinə, onları musiqi dinləməməyə inandıra biləcəyik. Taliblər onilliklər boyu davam edən müharibə nəticəsində məhv edilən ölkəni yenidən qurmaq və keçmişdə olanları unudaraq, gələcək yaratmaq istəyirlər”, - deyə mücahid bildirib.

Onun sözlərinə görə, dünya əbəs yerə qadınların tamamilə üzünün bağlanacağından narahatdır:

"Qadınlar gələcəkdə işlərinin başına qayıda biləcəklər. Evdən kişi olmadan çıxmaq qadağasına gəlincə, bu 3 gün və daha artıq davam edən səfərlərə aiddir. Məktəbə, ofisə, universitet və xəstəxanaya getməkdə sərbəst olacaqlar”.

Mücahid bununla belə hələlik qadınlara evdə oturmağı məsləhət görüb. Bunu "Taliban” döyüşçülərinin onlarla davranış qaydalarını öyrənmələri ilə əlaqələndirib.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Xəzərdə dalğanın hündürlüyü 3,7 metrə çatıb

Aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.   Sfera.az xəbər verir...