Qazaxıstanda hərbi hissənin anbarında partlayış oldu

Dünya
19:31 / 26.08.2021
1580
Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində naməlum obyektdə partlayış olub. Yanğının söndürülməsinə Jambıl vilayətinin Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları kömək edir", - məlumatda deyilir.