“Əfqanıstanda koalisyon hökumət qurulmalıdır...” - Açıqlama

“Əfqanıstanda koalisyon hökumət qurulmalıdır...” - Açıqlama
Məlum olduğu kimi, Əfqanıstandan Türkiyə sülhməramlıları ilə birgə Azərbaycan sülhməramlıları da çıxarılıb. ABŞ da ayın sonunadək bölgədən qüvvələrini tamamilə geri çəkəcəyini deyib.

Maraqlıdır, bundan sonra Əfqanıstanda vəziyyət necə olacaq? Daxili sabitlik bərpa edilə bilərmi?
 
Suallar ətrafında Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Əfqanıstanda koalisiya hökumətinin yaranmasının mütləq olduğunu bildirib. Ekspert bu amal uğrunda bəzi qüvvələrin bir araya gəldiyini də diqqətə çatdırıb:
 
"Bütün dövlətlərin Əfqanıstanda koalisiya hökumətinin qurulmasını gözləyir. Əgər inklüziv bir dövlət yaradılmasa, Əfqanıstanın gələcəyi qaranlıq görünür. Çünki Əfqanıstan çoxmillətli ölkədir və xarici qüvvələrin də bu amildən Əfqanıstana təsirini nəzərə alsaq, görərik ki, doğurdan da koalisiya hökuməti yaratmadan başqa çısış yolu yoxdur. Həm indi, həm də əvvəldən Əfqanıstanda məskunlaşan tayfalar bu istiqamətdə güclərini bir yerə qoyaraq, iş aparırlar. Talibanın gələcəyi ilə bağlı müxtəlif fikirlər var. Düşünürəm ki, Taliban bu dəfə həm qonşu dövlətlərə, həm də beynəlxalq aləmlə münasibətdə fərqlilik nümayiş etdirəcək, çünki bu, onun üçün ikinci təcrübədir. Taliban hökumət formalaşmaq istəyirsə, davranışlarını dəyişməlidir. Taliban xarici, yəni sivil qüvvələrin çağırışlarına qulaq assa, o zaman onlar üçün ciddi problem olmaz".
 
Politoloq taliblərin Əfqan xalqının  ölkədən getməsinə müəyyən məhdudiyyətlər tətbiq edəcəyini də deyib:

"Əfqanıstdanda daxili sabitlik bərpa olacaq. Pəncşirdə bir qədər vəziyyət gərgin olsa da, orada da sakitliyin əldə edilməsi gözlənilir. Əfqanıstandan da yerli əhalinin köç etməsi məsələsinə gəldikdə isə taliblər onların qarşısına məhdudiyyətlər qoyacaq. Çünki Əfqanıstan dövlət kimi formalaşmaq istəyirsə, o zaman köçün qarşısını almalıdır. Miqrantların çoxu ali təhsilli, ziyalı insanlardır ki, Əfqanıstanın özünün də belə insanlara çox ehtiyacı var. Avqustun 31-dən sonra Kabil hava limanının işləməsinə nəzarət gücləndiriləcək və isanların kütləvi köç etməsinin qarşısı alınacaq".

Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR