"Taliban" qadınlar üçün yeni qadağaları AÇIQLADI

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban” yeni qadağaları açıqlayıb.
 
Sfera.az bildirir ki, bu barədə "Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid məlumat verib. 

Onun sözlərinə görə, qadınların təkbaşına səyahətinə icazə verilməyəcək. Belə ki,  qadağaya görə, bir neçə gün davam edəcək gəzintilərdə qadınların yanında bir kişi olmalıdır.

Mücahid həmçinin bildirib ki, ölkədə 1996-2001-ci illərdəki kimi yenidən qadınların evdə oturması və ya simalarının örtülməsi ilə bağlı məcburiyyət istiqamətindəki fikirlər əsassızdır.

"Yeni kişi müşayiətçi qaydası gəzinti sadəcə üç gün və ya daha uzun müddətdə olacağı təqdirdə keçərli olacaq. Məktəblər, iş yerləri, universitetlər ya da xəstəxanaya gedərkən bu qaydanın tətbiqinə ehtiyac yoxdur. Qadınların iş həyatına geri dönmələrinə icazə veriləcək. Amma bunun üçün başlarını bağlamaqları şərtdir”, - deyə rəsmi nümayəndə əlavə edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABB Sahibkarlar Gününü müştəriləriilə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...