Logo

“Pfizer” 3 ay ərzində yeni ştamma qarşı vaksin hazırlaya bilər

“Pfizer” 3 ay ərzində yeni ştamma qarşı vaksin hazırlaya bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Pfizer” şirkəti özünün hazırkı preparatının təsir etmədiyi koronavirusun yeni ştammına qarşı 3 ay ərzində yeni vaksin hazırlaya bilər.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Albert Burla məlumat verib.

"Hər dəfə koronavirusun növbəti yeni variantı meydana gəldikcə, alimlərimiz həmin varianta qarşı vaksinimizin təsirini araşdırırlar. İndiyədək elə ştamm meydana gəlməyib ki, vaksinimiz təsir edə bilməsin. Lakin hesab edirik ki, bəlkə də, belə bir ştamm meydana gələcək”, - Burla deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR