Paşinyanın çıxışı zamanı deputatlar zalı tərk etdi - Etiraz
Kateqoriya məlum deyil
Avqustun 24 -də "Ermənistan" blokunun bəzi deputatları baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışından əvvəl iclas zalını tərk ediblər.
Sfera.az.-ın məlumatına görə, zalı tərk edən deputatlar Vahe Akopyan, Elinar Vardanyan, Geqam Manukyan, Andranik Tevanyan, Ripsime Stambulyan, Aqvan Vardanyan, Lilit Qalstyandır.
"Şərəfim Var" blokunun fraksiyası da etiraz əlaməti olaraq konfrans salonunu tərk edib. Bunu iclasın əvvəlində fraksiya rəhbəri Artur Vanetsyan bildirib. "Amma Hökumətin proqramında təqdim olunan saxtakarlıqları ifşa edib səsləndirmək üçün iclas zalına gələcəyik",- deyə o, qeyd edib.
Qeyd edək ki, Paşinyan hazırda Hökumətin növbəti 5 illik üçün hazırlanan proqramını təqdim edir.Selcan






