Logo

ABŞ “Taliban”la hər gün danışıqlar aparır

ABŞ “Taliban”la hər gün danışıqlar aparır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı "Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

Sfera.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə "Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, - o deyib.

O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR