Logo

Almaniya əfqan qaçqınlarına yüz milyon avro ayırdı

Almaniya əfqan qaçqınlarına yüz milyon avro ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlarına kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb.

Sfera.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb. Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır.

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR