Logo

Peyvəndin 6-cı dozasını vurduran şəxs tutuldu

Peyvəndin 6-cı dozasını vurduran şəxs tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliyada 12 may-21 iyul tarixləri arasında COVID-19 əleyhinə 5 dəfə peyvənd edilən bir nəfər 6-cı dozanı vurdurarkən həbs olunub.

Sfera.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həmin şəxsə 1 dəfə "AstraZeneca” və 2 dəfə "Pfizer/BioNTech” peyvəndi də daxil olmaqla, ümumilikdə 5 dəfə peyvənd vurulduğu məlum olub.

Braziliya mətbuatı onun normadan artıq peyvəndlənmək üçün elektron sistemdəki nasazlıqdan istifadə edərək 3 fərqli sağlamlıq mərkəzinə getdiyini iddia edir.

Şəxsiyyəti açıqlanmayan qadın təxminən, 10 həftə ərzində 5 doza vaksini necə qəbul etdiyi və peyvənd kartı yoxlamalarını necə keçdiyini izah etmək üçün prokurorluğa dəvət edilib.

Braziliya Səhiyyə Nazirliyi də hadisəni araşdırmağa başlayıb.

Braziliyada 212 milyon əhalinin 58%-i birinci, 25%-i isə ikinci doza ilə vaksinasiya olunub. Epidemiya başlayandan bəri 20 milyon çox yoluxma faktının aşkarlandığı ölkədə COVID-19 səbəbilə 573 658 nəfər həyatını itirib

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR