G7 Əfqanıstan üçün təcili toplanır

Dünya
23:31 / 20.08.2021
2354
"Əfqanıstana sabitlik gətirmək istəyən hər kəslə birgə çalışacağıq”.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı son vəziyyətdən danışarkən deyib.
"Bir neçə gündə Boris Conson, Angela Merkel, Emmanuel Makronla danışdım. Hamımız G7-nin önümüzdəki həftə təcili toplanmasına qərar verdik.
Əfqanıstan mövzusunda birgə yanaşma müəyyənləşdirəcəyik. Beynəlxalq ictimaiyyətlə işləmək üçün necə bir yol izləyəcəyimizi də danışdıq. Taliban üzərində beynəlxalq təzyiqi necə təşkil edərik, bunu da müzakirə etdik.
Keçən həftə ürəyimizi ağrıdan görüntülərə şahid olduq. Burada qorxmaları çox normaldır, məyus olublar, gələcəklə bağlı heç bir fikirləri yoxdur. Hərbçilərimizi apardıqları əməliyyat çox çətin və təhlükəlidir.
Digər amerikalıları, əfqan müttəfiqlərimizi, birgə müttəfiqlərimizi xilas etmək üçün çalışırıq”, - ABŞ Prezidenti qeyd edib.