Bolqarıstanda yenidən seçki keçirilə bilər

Dünya
16:01 / 20.08.2021
1008
Keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları (GERB) partiyasının hökumət qurmaq cəhdləri uğursuz olub.
Sfera.az xəbər verir ki, partiyanın baş nazirliyə irəli sürdüyü ölkənin keçmiş xarici işlər naziri Daniel Mitov, prezident Rumen Radevdən aldığı kabinet qurma vəzifəsini geri iadə edib.
Mitov Bolqarıstanın 240 deputatlıq parlamentində 63 üzvdən ibarət ikinci ən böyük qrupa sahib olan GERB partiyasının digər siyasi qüvvələrdən dəstək tapa bilmədiyini və bu səbəbdən vəzifəsindən imtina etdiyini açıqalayıb.
Parlamentdəki digər qüvvələr Borisovu və onun partiyasını avtoritar idarəetmə qurmaqda və hakimiyyətdə olarkən digər alt qüvvələrlə əməkdaşlıqda günahlandırıb.
Xatırladaq ki, iyulun 11-də ölkədə keçirilən növbədənkənar ümumi seçkilərdən sonra parlamentdə 65 nəfərdən ibarət ən böyük qrupa sahib olan ITN partiyası da hökumət qurmaq cəhdində uğursuz olmuşdu.
Konstitusiyaya görə, Prezident Radev yeni bir kabinet qurmaq üçün son dəfə cəhd etməli və digər dörd siyasi qüvvədən birini parlamentə təyin etməlidir. Etimad səsi almaq üçün qurula biləcək hökumət 240 deputatdan ən azı 121-nin dəstəyini almalıdır.
Siyasi müşahidəçilər, parlamentdəki 6 güc arasındakı ziddiyyətləri nəzərə alaraq düşünürlər ki, ölkədə qısa müddətdə yenidən erkən seçkilər keçiriləcək.
Əzizə Zeynal
Sfera.az