Çində ailədə 3 uşağın olmasına icazə veriləcək

Çində ailədə 3 uşağın olmasına icazə veriləcək
Çində ailələrdə 3 uşağın olmasına icazə verən qanun layihəsi qəbul edilib.
 
Sfera.az xəbər verir ki, Əhali və Ailə Planlama Qanununda edilən dəyişikliyə əsasən ailədə uşaqların sayının birdən üçə qədər olmasına icazə veriləcək.

Çində 1980-ci ildən "bir uşaq” siyasəti yürüdülürdü. Bu demoqrafik siyasət nəticəsində ölkədə təbii artım xeyli dərəcədə azaldı. Təbii artımın azalması ölkədə yaşlı insanların sayının artması, əmək qüvvəsinin isə azalması problemini yaratdı.
2013-cü ildə "tək uşaq” qərarı dəyişdirilərək ailədə ikinci uşağın olmasına da icazə verildi. 

Çində son 10 ildə əhali sayı 1,339 milyard nəfərdən 1,411 milyard nəfərə qədər artıb. On ildə artım sürəti illik 0,53 faiz olub. 

Təbii artımın zəifləməsi doğumun azalması ilə bağlıdır. Təkcə 2020-ci ildə doğum  18 faiz azalıb.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR