Baş nazir Estoniyanın 10 əfqan qaçqına sığınacaq verəcəyini açıqladı, gülüş obyektinə çevrildi

Baş nazir Estoniyanın 10 əfqan qaçqına sığınacaq verəcəyini açıqladı, gülüş obyektinə çevrildi
Estoniya 10 əfqan qaçqına sığınacaq verməyə hazır olduğunu deyib.

Sfera.az bildirir ki, bu barədə ölkənin baş naziri Kaja Kallas açıqlama verib. Əfqanıstandakı xaosun dünyanı şoka salmağa davam etdiyini vurğulayan dövlət rəsmisi bu istiqamətdə addım ata biləcəklərini qeyd edib.

"Mövcud böhranın aradan qaldırılması yolunda töhfə vermək istəyirik. İndiki vəziyyətə görə Estoniya 10 əfqan qaçqını qəbul etməyə hazırdır. Xüsusilə Avropa Birliyi və NATO ilə əməkdaşlıq səbəbiylə evlərində həyatı təhlükə altında olan insanları qəbul etməyə hazırıq”, - deyə Kallas əlavə edib.

Baş nazirin bu açıqlaması sosial mediada gülüş obyektinə çevrilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR