Şotlandiyadan tarixi qərar – Londona şok xəbər
Şotlandiya referendumdan sonrakı addımlara hazırlıq çərçivəsində Konsultasiya Şurasını yaradıb.
Sfera.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şotland Milli Partiyasının rəhbəri və Şotlandiyanın birinci naziri Nikola Stardjen bildirib.
Onun sözlərinə görə, Şotlandiya müstəqillik haqqında yeni referenduma hazırlaşacaq.
"Şotlandiyanın Nazirlər Kabineti razılaşıb ki, müstəqillik haqqında yeni referenduma hazırlıq çərçivəsində müvafiq qanun layihəsini hazırlamaq lazımdır”, - o, bildirib.
İyunun 23-də keçirilən referendumda britaniyalıların əksəriyyəti Britaniyanın Avropa Birliyindən ayrılmasını dəstəkləyib. Şotlandiya əhalinin əksəriyyəti isə Avropa Birliyində qalmaq istədiyini bildirib.
Şotlandiyanın müstəqilliyi haqqında referendum 2014-cü ildə keçirilib. Sakinlərin əksəriyyəti Birləşmiş Krallığın tərkibində qalmağa qərar veriblər. Ancaq Britaniyanın Avropa Birliyindən çıxması cəmiyyətdə əhval-ruhiyyələri dəyişdirə bilər.