Kaliforniya yanır: ölənlər var - FOTOLAR
Kateqoriya məlum deyil
ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində meşə yanğınları güclənir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 16-da Beykersfild şəhərindən şimali-şərqdə yerləşən dağlarda başlayan yanğın 7500 hektar əraziyə yayılıb.
İnformasiyaya əsasən, yanğın nəticəsində iki nəfər həlak olub. Yanğınlar artıq yüzə yaxın evi külə döndərib, daha 1500-ə yaxın ev və digər tikililər məhv olmaq təhlükəsi altındadır.
Ştat rəhbərliyi daha çox zərər çəkmiş ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edib.






