Varlı ölkələr əhalini kasıb ölkələrdən 20 dəfə daha sürətli peyvəndləyir

Varlı ölkələr əhalini kasıb ölkələrdən 20 dəfə daha sürətli peyvəndləyir
Son məlumatlara görə COVİD-19 virusuna qarşı 181 ölkədə 4,82 milyard doza peyvənd vurulub. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ən çox peyvənd vurduran ölkələr Çin, Hindistan, ABŞ və Avropa Birliyidir. Çində 1 milyard 887 milyon doza, Hindistanda 560 milyon doza, Avrupa Birliyi ölkələrində 510 milyon doza, ABŞ-da 359 milyon doza vaksin vurulub. 

Mütəxəsislər insanların normal həyata dönməsi üçün əhalinin minimum 70 faizinin peyvəndlənməsinin vacib olduğunu bildirir. Mövcud peyvəndləmə sürəti ilə ABŞ əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün 6 ay vaxt lazım gələcək. 

Dünyada gündəlik 37,5 milyon doza peyvəndin vurulduğu nəzərə alınarsa, qlobal səviyyədə immunitetin yaradılması üçün də xeyli vaxt lazımdır. 

Məlumatların təhlili göstərir ki, COVİD-19 peyvəndlərinin istehsalına başlanıldığı tarixdən bəri varlı ölkələrin əhalisi kasıb ölkələrdə yaşayanlara nisbədən 20 dəfə daha sürətlə vaksinasiya olunur. Bu fakt ölkələrin vaksinləri əldə etmək imkanının bərabər olmadığını göstərir. 

Vasif
Sfera.az





OXŞAR XƏBƏRLƏR