Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.

Sfera.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 295 206 nəfər testdən keçirilib.

Onlardan 19 944 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb.

Ötən gün ərzində bu xəstəlikdən 168 nəfər ölüb, 15 537 pasiyent isə sağalıb.

OXŞAR XƏBƏRLƏR