İran əfqanların ölkəyə girişinə qadağa qoydu
Kateqoriya məlum deyil
İran əfqan miqrantların ölkəyə girişinə qadağa qoyub.
Sfera.az xəbər verir ki, bu barədə İran Ədliyyəsinə bağlı olan Mizan Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda qadağanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edildiyi bildirilib.
Qeyd edək ki, İran ümumlikdə 3 milyon Əfqanıstan vətəndaşına ev sahibliyi edir.
Əzizə Zeynal
Sfera.az






