Logo

10 yaşlı uşaq anasını xilas etmək üçün atasını bıçaqladı

10 yaşlı uşaq anasını xilas etmək üçün atasını bıçaqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskvada 10 yaşlı uşaq anasını müdafiə etmək üçün atasını bıçaqlayıb.

Hadisə Moskvanın qərbində yerləşən Odintsovski rayonunda baş verib. Aralarında mübahisə düşən valideynlər dalaşmağa başlayıblar. Daha sonra əsəblərinə hakim ola bilməyən ər arvadını boğmağa başlayıb. Baş verənləri izləyən azyaşlı anasını xilas etmək üçün bıçağa əl atıb.

Qışqırıq səslərinə gələn qonşular polis çağırıblar. Balaca oğlan polisə ifadəsində bildirib ki,  atasının anasını döyməsi və alçatması ilk dəfə baş vermir. Lakin bu dəfə özünü saxlaya bilməyən balaca atasını bıçaqlamaq məcburiyyətində qalıb.

Oğlu tərəfindən bıçaqlanan atanın vəziyyəti ağırdır. Sinəsindən bıçaq yarası alan kişinin ciyərlərindən biri işləmir. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR