Logo

Rusiya təyyarə qəzasına görə Türkiyəyə komissiya göndərdi

Rusiya təyyarə qəzasına görə Türkiyəyə komissiya göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Müdafiə Nazirliyi "Be-200” tipli amfibiya təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə nazirlikdən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, nazirliyə məxsus təyyarə Türkiyənin Adana bölgəsində yanğınsöndürmə əməliyyatından sonra eniş zamanı qəzaya uğrayıb. Göyərtədə olan səkkiz nəfər həlak olub.

Təyyarədə beş nəfər Rusiya hərbçisi və üç nəfər Türkiyənin nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin komissiyası hadisənin səbəblərini araşdırmaq üçün Türkiyəyə yola düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR