Logo

Türkiyənin daha bir bölgəsində meşə yanğını başladı - FOTO

Türkiyənin daha bir bölgəsində meşə yanğını başladı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İzmirin Çeşme mahalında meşə sahəsində yanğın baş verib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın bu gün saat 07:30 radələrində Çeşme mahalının Fikireis yolundakı meşə sahəsində qeydə alınıb.

Tüstü və alovlanmanı görən  vətəndaşlar vəziyyəti Meşə Bölgə Müdirliyinə bildiriblər.

Yanğın yerinə 3 helikopter və yanğınsöndürmə işçiləri cəlb edilib.

Yanğına havadan və qurudan müdaxilə edilərkən küləyin söndürmə işlərinə mənfi təsir etdiyi ifadə edilib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR