Logo

NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək

NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Sfera.az-ın məlumatına görə, bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Sənəddə bildirilir ki, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir: "Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir".

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə "Taliban" hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, "Taliban" hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacağını anlamalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR