Filippin sahillərində güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
Filippin sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az-ın ABŞ-ın Geoloji xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mati (Əhalisi - 106 min nəfər) şəhərindən 80,5 kilometr cənub-şərqdə, ocağı isə 65,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.






