Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir

Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir
Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir.

Sfera.az  "İnterfax"a istinadən xəbər verir ki, ölkə rəhbərliyi keçmiş prezident Ömər əl-Bəşir və digər sabiq dövlət məmurlarını Beynəlxalq Cinayət Məhkəməsinə verəcək. Onlar 2003-cü ildə Darfurda münaqişə dönəmində insanlığa qarşı cinayətlərdə ittiham edilir.

Sudanın xarici işlər naziri Maryam əl-Mehdi deyib ki, Nazirlər Kabineti bütün cavabdeh şəxsləri məhkəmə qarşısına çıxarmağı hədəfləyir.

77 yaşlı əl-Bəşir 1988-ci ildən ölkəyə rəhbərlik edib, 2019-cu ildə kütləvi xalq etirazlarından sonra devrilib. Beynəlxalq Cinayət Məhkəməsi 2009-cu ildə onun barəsində həbs qərarı çıxarıb, o, beynəlxalq axtarışa verilib.

Sabiq prezidentə qarşı 31 ittiham irəli sürülüb.

BMT-nin məlumatlarına görə, 2003-2006-cı illərdə Darfurda hökumət ordusu ilə etirazçılar arasında baş verən silahlı qarşıdurmalarda 300 minə yaxın insan həlak olub.

2019-cu ilin avqustundan Sudanda hərbi-mülki administrasiya rəhbərliyi ələ alıb.

OXŞAR XƏBƏRLƏR