Müharibə başladı – bütün silahlardan istifadə edilir

Müharibə başladı – bütün silahlardan istifadə edilir

Ukraynanın şərqində anti-terror əməliyyatları zonasında vəziyyət gərginləşməkdə davam edir.

 

Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, rəqib bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinə qarşı ağır silahlardan, xüsusi halda 82 və 120 millimetr kalibrli minaatanlardan, həmçinin 122 və 152 millimetr kalibrli toplardan istifadə edir.

 

Ukrayna Silahlı Qüvvələri Baş qərargahının məlumatına görə, iyunun 22-də separatçıların nəzarətində olan ərazidən 300-dən çox minaatan və 160-dan çox top mərmisi atılıb. Həmçinin, düşmən snayperləri aktiv şəkildə işləyir. Baş qərargahdan bildirilir ki, döyüş əməliyyatları 2015-ci ilin avqust ayı səviyyəsində aparılır.

 

Ukrayna prezident administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü gündəlik brifinqdə bildirib ki, iyunun 22-də təmas xəttində 1 Ukrayna hərbi qulluqçusu həlak olub, 11-i yaralanıb.

 

Donetsk istiqamətində vəziyyətin daha mürəkkəb olduğu bildirilir. Baş qərargahdan verilən məlumata görə, bütün cəbhə boyu bütün mövcud silahların tətbiqi ilə atəşkəs pozulur. Hazırda ən qaynar nöqtələr Qorlovka şəhərətrafı, Avdeyevsk sənaye ərazisi və Pesok rayonudur.

 

Cənub – Mariupol istiqamətində də vəziyyətin gərgin olduğu bildirilir.

 



OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Qurban bayramı münasibətilə paylaşım edib.   Sfera.az p...

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...