Logo

Türkiyədə qohumlar arasında atışma: 4 nəfər öldü

Türkiyədə qohumlar arasında atışma: 4 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Sfera.az xəbər verir ki, hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu, qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR