Logo

İsveçrəli qadın Amerika Birləşmiş Ştatlarına buraxılmayıb.

İsveçrəli qadın Amerika Birləşmiş Ştatlarına buraxılmayıb.
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerika Birləşmiş ŞtatlarI Sərhəd Xidmətində qeyri-adi hal qeydə alınıb. Şəxsiyyəti bildirilməyən İsveçrə vətəndaşı olan qadın Amerika Birləşmiş Ştatlarına buraxılmayıb. Sözügedən qadına bildirilib ki, onda barmaq izləri yoxdur. Əvvəllər bu qadın onda olan bu qeyri-adi hala diqqət yetirməyib.

ABŞ Sərhəd Xidməti qaydalarına görə Ölkəyə gələn vətəndaşlardan barmaq izləri götürülməlidir. Lakin müvafiq təşkilatlar həmin qadının əl izlərinin şəklini qeydə ala bilməyib. Belə ki, isveçrəli qadının barmaqlarında digər insanları bir-birindən fərqləndirən xüsusi xətlər olmayıb. O da məlum olub ki, isveçrəlinin ailəsində bu cür daha 8 şəxs mövcuddur.

İzrailli dermatoloq Eli Spreçer qadının Amerikaya buraxılmaması barədə açıqlama verib. Məlum olub ki. bir çox cinayətkarlar və qaçışda olan məhbuslar onları aşkar etməsinlər deyə cərrahiyyə yolu ilə barmaq izlərindən xilas olurlar. Məhz bu səbəbdən Sərhəd Xidməti bu cür şəxslərlə rastlaşdıqda ciddi narahat olur.

İsveçrəli qadın Amerika Birləşmiş Ştatlarına buraxılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR